PKK/PYD Suriyada Türkiyə hərbçilərinə hücum edib

Suriyanın Hələb vilayətinin Afrin rayonunda yerləşən PKK/PYD terror təşkilatının silahlıları Türkiyə ordusunun İdlib-Afrin xəttindəki Daret İzzət müşahidə məntəqəsinə 5 minaatan mərmi buraxıblar.

“Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, mərmilərdən biri müşahidə məntəqəsinin 100 metr yaxınlığına düşüb. Digər mərmilər yaşayış yerlərinə tuş gəlib. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Türkiyə hərbçiləri terror təşkilatının hücumuna atəşlə cavab veriblər.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran arasında imzalanan Astana sazişi çərçivəsində İdlib təhlükəsizlik zonasında atəşkəs rejimini tətbiq etmək üçün Türkiyə Silahlı Qüvvələri oktyabrın 12-də bölgəyə girməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top