"Azəri-Çıraq-Günəşli"də xərclər azalıb

Bu ilin ilk 9 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 339 milyon dollar əməliyyat məsrəfləri və 890 milyon dollar əsaslı məsrəflər xərclənib. Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2016-cı ilin ilk 9 ayı ilə müqayisədə bu ilin ilk 9 ayı ərzində AÇG layihəsində əməliyyat məsrəfləri 11,5% və ya 39 milyon dollar, əsaslı məsrəflər isə 25,8% və ya 230 milyon dollar azalıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top