Ermənistanın dövlət büdcəsinin kəsiri 4 faizə yaxın artacaq

2018-ci il üçün Ermənistanın dövlət büdcəsinin kəsiri təqribən 156,9 milyard dram təşkil edəcək.

“Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş göstəricidən 150,1 milyard dram və ya 3,8 faiz çoxdur. 2018-ci il üçün dövlət büdcəsinin gəlirlərinin ümumi həcmi 1 trilyon 307 milyard dram həcmində planlaşdırılıb ki, bu da ötənilki göstəricidən 8 faiz çoxdur. Bununla belə, xərclər 7,7 faiz artırılaraq 1 trilyon 464,2 milyard drama çatdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top