Muqabe istefa qərarını verdi

Zimbabve Prezidenti Robert Muqabe istefaya getmək şərtləri ilə razılaşıb, artıq istefa ərizəsinin qaralaması hazırlanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hərbçilər R. Muqabenin bir çox tələbi ilə razılaşıblar. Tələblər arasında özü və həyat yoldaşı Qreys üçün tam toxunulmazlığın verilməsi, eləcə də şəxsi mülkiyyətin saxlanılması var. R. Muqabenin istefasının baş tutması üçün istefa ərizəsi ilk növbədə parlamentin spikerinə göndərilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top