Çempion qızı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başladı

Çempion qızı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə bu il iyunun 28-də baş verib. Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb. R. Məmmədova dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionu olub.Apa

DİGƏR XƏBƏRLƏR

Top