Qırğızıstanda jurnalist prezidentin saatını istədi - VİDEO


Qırğızıstanın “De-Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov mətbuat konfransı zamanı ölkə prezidenti Almazbek Atambayevdən saatını istəyib. Bu barədə RİA Novosti xəbər verir. Musaqulov mikrofona yaxınlaşaraq bildirib ki, yuxusunda prezidentin ona saat verdiyini görüb və dövlət başçısından yadigar olaraq ona saat bağışlamasını xahiş edib. “Yaxşı ki, şalvarımı istəmədiniz”, - deyə Atambayev zarafat edib və saatını qolundan çıxarıb.Oxu.az

Qırğız

DİGƏR XƏBƏRLƏR

Top