"Gürcüstan səhiyyəyə Azərbaycanla müqayisədə 2 dəfə çox pul xərcləyir"

"Gələn il üçün Sosial Müdafiə Fondunun büdcəsi ilə birlikdə Azərbaycanın dövlət büdcəsinin xərcləri 22,1 milyard manat, hazırkı məzənnə ilə 13 milyard dollar proqnozlaşdırlır". Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. İqtisadçı-ekspert qeyd edib ki, bu, adambaşına təxminən 1340 dollar edir: "Gürcüstanın dövlət büdcəsi isə təxminən 12,5 milyard lari, hazıkı məzənnə ilə 4,9 milyard dollar proqnoz edilir. Bu, adambaşına təxminən 1315 dollar edir.
Göründüyü kimi, böyük neft pulları hesabına aldığı dəstəyə baxmayaraq, Azərbaycanın dövlət və Sosial Müdafiə Fondunun əhalinin hər nəfəri hesabı ilə 2018-ci ildə xərcləməyi planlaşdırdığı vəsaitin həcmi Gürcüstanla təxminən eynidir. Amma səhiyyə xərcləri arasında böyük fərq var: Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə 740 milyon manat (450 milyon dollar) xərc nəzərdə tutulur ki, bu adambaşına təxminən 45 dollara bərabərdir. Gürcüstanın dövlət büdcəsində isə 929 milyon lari (365 milyon dollar) proqnozlaşdırılır ki, bu adambaşına 98 dollara bərabərdir. Göründüyü kimi fərq 2 dəfəyə yaxındır. Azərbaycanın dövlət və Sosial Müdafiə Fondundan sosial müdafiə və təminata 4,5 milyard manat (2,650 milyard dollar) nəzərdə tutulur ki, bu əhalinin hər nəfəri hesabı ilə 273 dollar edir. Gürcüstanın dövlət büdcəsində isə təxminən 2,5 milyard lari (1 milyard dollar) proqnozlaşdırılır ki, bu adambaşına 269 dollara bərabərdir - hər 2 ölkədə adambaşına sosial müdafiə xərci eynidir.
Azərbaycanın dövlət büdcəsindən təhsilə 2 milyard manat (1,170 milyard dollar) xərclənəcək ki, bu hazırkı məzənnə ilə adambaşına 120 dollara bərabərdir.Gürcüstan isə təhsilə 1,2 milyard lari (470 milyon dollar) və ya adambaşına 125 dollar xərcləməyi planlayır".

DİGƏR XƏBƏRLƏR

Top