Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü kənd sakini Əliyev Vasif Tofiq oğlu tanımadığı şəxs tərəfindən bud nahiyəsindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.Report