Bakıda universitetin qarşısından tələbə qız qaçırıldı


Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb. Beyləqan rayon sakini, 1948-ci il təvəllüdlü Aslanova Tamilla Zeynalabdin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 17-də saat 13 radələrində Azərbaycan Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan 18 yaşlı qızı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb. Şikayətçi əlavə edib ki, qızının qaçırılmasını Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlu təşkil edib. Qadın qızının evə qaytarılmasında polisdən kömək istəyib. Araşdırma aparılır.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top