Ağstafada yük maşını aşıb, sürücü xəsarət alıb

Bakı-Qazax magistralında yolunda yük maşını aşıb, sürücü xəsarət alıb. Hadisə yolun Ağstafa rayonunun Qırlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Akif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top