İtaliyada zəlzələ olub

İtaliyanın mərkəzində 4,4 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Geofizika və Vulkanologiya Milli İnstitutu məlumat yayıb. Məlumatda bildirilir ki, yeraltı təkanlar Emiliya-Romanye vilayətində, Fornovo-di-Taro şəhərindən 4 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 31 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrindən 20 kilometr radiusda 97 min insan yaşayır. Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilmir.Report

DİGƏR XƏBƏRLƏR

Top