İŞİD-in Suriyadakı son istinadgahı yenidən tutuldu

Suriya ordusu və onun müttəfiqləri İŞİD-in Suriyada nəzarətindəki sonuncu nisbətən iri şəhər olan Əbu Kamalı yenidən tutub. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, Suriya hökumət qoşunlarının əsgərləri şiə yığma qoşun döyüşçüləri ilə birlikdə bazar günü Əbu Kamala girərək onu nəzarət altına götürüblər. Suriya hakimiyyəti noyabrın 9-da Əbu Kamalın alındığını elan etmişdi. Lakin həmin vaxt şəhəri saxlamaq mümkün olmamışdı. Belə ki, İŞİD-in əlavə hissələri ora göndərilmişdi, habelə şəhərdə qəsdən qalmış “yatan hücrələr”-silahlılar əks hücuma kömək etmişdilər. İndi İŞİD-in nəzarətində Deyrizor vilayətinin cənubundakı bir neçə kənd, eləcə də Hums vilayətinin şərqindəki və İraqın şimal-şərqindəki əhalisi olmayan rayonlar qalıb.

DİGƏR XƏBƏRLƏR

Top