Qasım Süleymaninin müavini öldürüldü

İran İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi bölməsinin komandanı Qasım Süleymaninin müavini olduğu iddia edilən Xeyrulla Səmədi Suriyadakı toqquşmalarda öldürülüb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, onun Suriyanın Deyrizor vilayətinin Bukemal rayonunda həlak olduğu bildirilir. X. Səmədi haubitsadan açılan atəş nəticəsində ağır yaralanıb və arxa cəbhəyə göndərilərkən keçinib. O, İran İnqilabı Keşikçiləri Korpusunda batalyon komandiri olub. Qeyri-rəsmi məlumatlara görə, Suriyada toqquşmalarda öldürülən iranlı hərbçilərin sayı təqribən 2400 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top