Ağstafada avtomobilin vurduğu 8 yaşlı uşaq ölüb

Bu gün Ağstafada minik avtomobilinin vurduğu 8 yaşlı uşaq ölüb. Hadisə rayonun Poylu kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Əlləzov Sabir Məhəmməd oğlu yolu keçən zaman avtomobil onu vurub. Sürücü dərhal 8 yaşlı uşağı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top