Lavrov: Antalyada bütün məsələlər üzrə razılığa gəldik


Antalyada Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Cavad Zərif və Sergey Lavrovun üçtərəfli görüşü başa çatıb. Nazirlərin görüşü təqribən 2 saat davam edib və Suriya böhranının tənzimlənməsinə həsr olunub.

Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Antalyada bütün məsələlər üzrə razılığa gəliblər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiya, Türkiyə və İran silahlı qüvvələrinin baş qərargah rəisləri noyabrın 22-də Soçidə sammit ərəfəsində görüş keçirərək Suriyada təhlükəsizlik zonaları üzrə işin təfərrüatlarını müzakirə edəcəklər. S. Lavrov qeyd edib ki, Antalyada üçtərəfli görüş faydalı olub: “Biz bir araya gəlmişik ki, noyabrın 22-də Soçidə keçiriləcək ölkələrimizin prezidentlərinin sammitinə hazırlığın konkret detalları barədə fikir mübadiləsi aparaq”.

DİGƏR XƏBƏRLƏR

Top