Robot ilk dəfə dövlət imtahanı verdi

Çində “Syao İ” adlı robot ilk dəfə olaraq tibbi təcrübənin aparılması üçün lisenziya almaq məqsədi ilə dövlət imtahanı verib. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, robot mümkün 600 baldan 456 bal toplayıb. “Syao İ” robotonun imtahana hazırlaşmasına 12 ay vaxt gedib. Mütəxəssislər robotun “beyninə” müxtəlif tibb dərsliklərdən məlumat yükləyiblər. Bildirilir ki, süni əql gələcəkdə həkimlərə risklərdən qaçınmağa kömək edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top