Ələtdə ağır qəzada bir ailənin üzvü olan 4 nəfər xəsarət alıb, 1-nin vəziyyəti ağırdır

Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan 4 nəfərin xəsarət aldığı məlum olub. Qəza nəticəsində sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıblar. V. Məmmədov, V. Məmmədova və L. Məmmədova Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. L. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top