Beynəlxalq turnirdə Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Rusiyanın Vladiqafqaz şəhərində keçirilən "Alans" beynəlxalq turnirinin ilk günündə sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb. 97 kq çəkidə yarışan Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Təmsilçimiz gümüş medalla kifayətlənib. 57 kq çəkidə yarışan Georgi Edişeraşvili isə turnirin bürünc medalına sahib olub.

DİGƏR XƏBƏRLƏR

Top