Qazaxda ağır yol qəzasında ölən və yaralananların adları məlum olub - YENİLƏNİB

Bakı-Qazax-Gürcüstan yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub. 1993-cü il təvəllüdlü Qazaxbəyli kənd sakini Abayev Allahverdi Yasin oğlu qəzada dünyasını dəyişib.
Yaralılar bunlardır:
Qazaxbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Dünyamalıyev Cavad Zabit oğlu
Bağanısayrım kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Fərhad Nəsib oğlu
Qazaxbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov İsabala Əşrəf oğlu
Daş Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynov Orxan Məmməd oğlu
Daş Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Məmməd Həmid oğlu

13:16

Bakı-Qazax-Gürcüstan yolunda baş verən ağır yol qəzası nəticəsində 1 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı məlum olub.

12:00

Bakı-Qazax-Gürcüstan yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə yolun Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hazırda əraziyə DYP əməkdaşları və "təcili yardım" briqadası cəlb olunub.Report

DİGƏR XƏBƏRLƏR

Top