“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib. Qəza Ələt-Astara magistralının Salyan rayonunun Yenikənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb. “Evrascon” ASC-yə məxsus yük avtomobilinin beton dirəyə çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb, Biləsuvar sakini, 1993-cü il təvəllüdlü Həsənov İmaməli Xeyrulla oğlu isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top