Ukraynada fəallar Prezident Administrasiyası qarşısında təkər yandırıblar - VİDEO

Ukraynanın "Azadlıq hərəkatı"nın fəalları Prezident Administrasiyasının binası qarşısında təkər yandırıblar. Bu barədə hərəkatın üzvləri "Facebook"dakı səhifələrində yazıblar. Sosial şəbəkədə paylaşılan videoyazıda həmçinin bir qrup şəxsin ağ rəngli mikroavtobusa yaxınlaşaraq onu aşırmaq istəməsi öz əksini tapıb. Onların iddiasına görə, bu nəqliyyat vasitəsi ilə onlar izləniliblər. Məsələyə deputat Yeqor Sobolev müdaxilə edib və sürücüdən vəsiqə təqdim etməsini istəyib. Kişi Ukrayna Təhlükəsizlik Xidmətinin vəsiqəsini təqdim etdikdən sonra, deputat insanlardan avtobusu buraxmalarını xahiş edib.Report

ukrayna

DİGƏR XƏBƏRLƏR

Top