Polislər xidmət vaxtı dəhşətli qəzaya düşdü: ölən və yaralanan var

Dünən axşam saatlarında Sabirabadda polislərin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hacıqabul-Bəhramtəpə yolunun 21-ci kilometrliyində, Şəhriyar kəndi ərazisində elektrik dirəyinə çırpılan 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015”də olan polislər həmin vaxt xidmətdə olublar. Belə ki, axşam saatlarında rayon polis şöbəsində növbəni təhvil verməyə gedən polis serjantı, 1983-cü il təvəllüdlü Cavadov Nicat Əlimirzə oğlu və sürücü, polis baş leytenantı 1988-ci il təvəllüdlü Sultanov Şəhriyar Əhliyar oğlu dumanlı hava şəraitində qəzaya düşüb. Sürüşkən yolda idarəetmədən çıxan avtomobil yolun əks istiqamətinə keçib və kənardakı dirəyə çırpılıb. 34 yaşlı N.Cavadov hadisə yerində vəfat edib. Şəhriyar Sultanov isə xəstəxanaya aparılıb. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Lent.az

DİGƏR XƏBƏRLƏR

Top