İtkin düşən Kürdəmir sakini tapıldı

Kürdəmirdə itkin düşən şəxs tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müarciət edib. Polis əməkdaşlarınıntəxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsindəolduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.Apa

DİGƏR XƏBƏRLƏR

Top