NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğandan üzr istəyib. Baş katib Alyansın Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə bir daha R.T.Ərdoğandan üzr istəyib. Yens Stoltenberq insidentlə əlaqədar görülən tədbirlər barədə Ərdoğana məlumat verib. Məlumata görə, telefon danışığı zamanı Y. Stoltenberq həmin insidentin Türkiyə-NATO münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğu bildirib. NATO rəhbəri gələcəkdə bu cür halların təkrarlanmayacağı üçün tədbirlərin görüləcəyinə dair Ərdoğanı əmin edib. Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top