Türkiyənin məşhur idmançısı həyatını itirib

Türkiyənin idman tarixinin əfsanəsi Naim Süleymanoğlu həyatını itirib.

“Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı idmançı müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

N. Süleymanoğlu xeyli müddət qara ciyər xəstəliyindən əziyyət çəkirdi.

Onun qaraciyər transplantasiyası edilməyəcəyi təqdirdə öləcəyi bildirilirdi.

Qeyd edək ki, Türkiyəli ağır atlet Naim Süleymanoğlu 1992, 1996 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır.

O, həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb.

Allah rəhmət etsin!

DİGƏR XƏBƏRLƏR

Top