Ötən il Azərbaycanda 2194 yanğın hadisəsi baş verib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanğınlar nəticəsində 54 nəfər insan dünyasını dəyişib. 2015-ci ildə isə yanğınlar nəticəsində 64 insanımız ölmüşdü.
Yanğınlarda 512 tikili məhv edilib.
Statistikaya əsasən son illər Azərbaycanda qəsdən törədilən yanğınların artdığını deyə bilərik:
- 2010-cu ildə 199 yanğın.
- 2011-ci ildə 155 yanğın.
- 2012-ci ildə 136 yanğın.
- 2013-cü ildə 158 yanğın.
- 2014-cü ildə 210 yanğın.
- 2015-ci ildə 232 yanğın.
- 2016-cı ildə 228 yanğın.
Azərbaycanda yanğınların xeyli hissəsi elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən baş verir. Təkcə ötən il 835 yanğın məhz bu səbəbdən olub.
- 2010-cu ildə 913 yanğın.
- 2011-ci ildə 917 yanğın.
- 2012-ci ildə 892 yanğın.
- 2013-cü ildə 917 yanğın.
- 2014-cü ildə 1036 yanğın.
- 2015-ci ildə 820 yanğın məhz elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən baş verib.
Ötən il baş verən digər yanğınların digər səbəbləri:
- İstehsal avadanlıqlarının nasazlığı - 3 yanğın.
- Sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması - 103 yanğın.
Odla ehtiyatsız hərəkət - 340 yanğın.
Onlardan:
Siqaret çəkilməsi zamanı ehtiyatsızlıq - 54 yanğın.
Od ilə görülən işlər zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması - 14 yanğın.
Uşaqların odla dəcəllik etməsi - 67 yanğın.
Digər səbəblər - 685 yanğın.
Ötən il baş verən yanğınların əksəriyyəti məhz yaşayış sahələrində qeydə alınıb.