On ay ərzində 57 min nəfər taksidən istifadə edib

Bu ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 612,7 milyon nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox sərnişinə xidmət göstəriblər. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 421,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,7 faiz artım qeydə alınıb. Sərnişinlərin 96 faizi avtobus, 4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,5 faiz artaraq 187,3 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 20,3 min və ya 18,2 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top