Bu il 7 ədəd yük, 30 ədəd minik avtomobili istehsal etmişik

Bu ilin yanvar-oktyabr ayları ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 205,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 23,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 19,1 faiz artıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, on ay ərzində fəvvarə armaturunun istehsalı 89,4 faiz, minik avtomobillərinin istehsalı 88,9 faiz, yük avtomobillərinin istehsalı 98,6 faiz azalıb, ştanqlı quyu nasoslarının istehsalı 32,1 faiz, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 26,2 faiz artıb.

Açıqlanan məlumatlarda qeyd olunur ki, bu ilin ilk 10 ayı ərzində 7 ədəd yük avtomobili, 30 ədəd minik avtomobili istehsal olunub.

DİGƏR XƏBƏRLƏR

Top