Şumaherin avtomobili rekord məbləğə satıldı

Almaniyalı pilot Mihael Şumaherin yarışlarda idarə etdiyi “Ferrari F2001” avtomobili “Sotheby's‏” hərrac evində 7,5 milyon dollara satılıb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, avtomobilin start qiyməti 4-5,5 milyon dollara qiymətləndirilirdi. Bu, “Formula-1”in müasir avtomobilinə ödənmiş ən yüksək məbləğdir. M. Şumaher həmin maşınla 2001-ci ildə Monako Qran-prisini qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top