Quş ətinin kiloqramı ölkəyə 2, bitki yağı isə 1,1 manata daxil olur

Bu ilin ilk 9 ayı ərzində xarici ölkələrdən Azərbaycana 20 min 300 ton quş əti, 106 min 700 ton kartof, 92 min 765,4 ton bitki yağı gətirilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında idxal etdiyimiz quş ətinin miqdarı 40,9% artıb, kartofun miqdarı 5,5%, bitki yağının miqdarı isə 5,3% azalıb. İdxal olunan quş əti və kartof üçün ödənilən vəsait artıb, bitki yağı üçün ödənilən vəsait isə azalıb. Belə ki, 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə idxal etdiyimiz quş əti üçün ödənilən vəsait 94,1%, kartof üçün ödənilən vəsait isə 8,4% artıb, bitki yağı üçün ödənilən vəsait isə 4,2% azalıb. Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 9 ayında ölkəyə idxal olunan quş ətinin 1 kiloqramının gömrük dəyəri 2 manat (1,17 dollar), kartofun 1 kiloqramının gömrük dəyəri 36 qəpik (0,22 dollar), bitki yağının gömrük dəyəri isə 1,5 manat (0,9 dollar) olub.

DİGƏR XƏBƏRLƏR

Top