Bu narahatlıq sizdə varsa - Eynşteyn kimisiniz

Əgər bir iş görəndə, iclasda və ya dərsdə xəyallara dalırsınızsa, bu sizdə həmişə olursa, narahat olmayın. Bu narahatlıq müasir nəzəri fizikanın yaradıcılarından sayılan, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyndə də olub.

“Yeniavaz.com” xairici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da bu mövzuda araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, xəyallara dalmağın zəka ilə bağlılığı varmış. Belə ki, “zəkanın əsl göstəricisi bilgi yox, xəyal gücüdür” cümləsi Eynşteynin məşhur tövsiyyələrindən biridir.

ABŞ-dakı Georgiya Texniki İnstitutunun psixologiya şöbəsinin əməkdaşı Erik Şumaxer Eynşteynin də yaşadığı bu problemin zəka ilə bağlılığının olub-olmamasını araşdırıb. Nəticədə məlum olub ki, hər gün təkrarlanan işlərini görərkən insanın xəyallara dalması, həmin insanın utancaq yox zəki olduğunu göstərir.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top