Atası öləndən 3 gün sonra "Maşın şou"ya çıxan Vüqar: "Murada söz vermişdim"

Atası dünyasını dəyişəndən sonra “Maşın şou” yarışmasına qatılan meyxanaçı Vüqar Əbdülov barəsində deyilən tənqidlərə münasibət bildirib. Meyxanaçı bildirib ki, Murad Dadaşova söz verdiyinə görə yarışı yarımçıq tərk edə bilməyib: “Məni tənqid edənlər qələt edir. Atamı dəfn edəndən sonra ağsaqqallarımdan icazə alıb, o yarışda iştirak etmişəm. Bu, mənim işimdir. Kimin əzizi öləndə 40 gün gözləyib, işə çıxmır? Yarışda iştirak etmişəm də... Oğluma, qızıma toy eləməmişəm ki? Tənqid edənlərin fikri mənə maraqlı deyil”. Meyxanaçı onu da əlavə edib ki, bu söz-söhbətlərə görə hələ ki, heç bir verilişə çıxmır: “Bilirəm ki, buna görə efirə çağırırlar. Elə ona görə də getmirəm. Yeni mahnılarım var. Noyabrda təqdim edəcəm”.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top