ADİLƏ

Əli Vəlioğlu

PROLOQ
Bir Məcnun havalı, bir Leyli sevdalı eşqin ruhuna
qanadlandım...harayından rəhmə gəlib, kömək üçün xəyalən bu eşq mələyini uydurub mələklərin qatına uçurdum… (müəllif)

Şair nəşr etdirdiyi kitablarını stolun üstünə sərib, divardan mənzərəli şəlalə şəkli asılıb.
Öz taleyini əks etdirən hündür qayadan narın-narın sızan şəlalədən yaranan durğun göl şəkli, gölün yanında taleyindən, arzularından xəbər verən boş kuzə və kasa yerləşdirib.
Stolun üstündə gəlin gedən zaman qabağınca aparılan
“Taleyin ayna kimi parlaq olsun!” rəmzi mənasını bildirən GÜZGÜ.
Qismətindən ayrılan zaman gətirdiyi və ayrılığın son nişanəsi kimi üzünə saldığı pərdəli güzgüsü. Güzgünün yanlarına düzdüyü gəlin paltarında, “Vağzalı” havasının sədası altında sevgilisiylə qol-qola şəkilləri, baxça uşaqlarının, beş günlük Ayın qanadından asılmış yelləncəkdə oturmuş 2-3 yaşlı uşaq və “CÜCƏLƏRİM” qrupunda məlahətli səslə “Cücələrim” mahnısını oxuyan Şükufə xanımın və qrup uşaqlarının şəkillərini düzüb... Güzgünün üzündən pərdəni qaldırır. Öz əksini görür:
- Oy... mən nə gözəl imişəm?!... Elə bilmişəm gözəlliyim də taleyimin rəngindədir, - deyib güzgüdəki şəklini öpür:
Bu öpüşüm də qara taleyimin ağ gününü görmək şərəfinə... Bu öpüş da talesiz Eşqim üçün.... Bu öpüş da qismətsiz sevgilim üçün. Hər dəfə güzgüdəki surətini öpür:
Bir kor bəxtə yiyə durdum.
Bal dodağın, dilin ola,
Bir quru busən olmaya.
Onun düşüncələri “YETİM SEGAH” sədası altında keçsə də; əsər boyu arabir digər muğamlar da səslənir.
Yenə xəyala qapılır..... Çox çəkmir fikirdən ayılır.... Güzgüyə üz tutaraq:
EY ULU TANRIM, mənə yazılan taleyimin 47 illik hesabatını verirəm.
Bağışla və icazə ver, TANRIM! Bundan sonar taleyimi özüm yazım... :

TANRIM!
QUL OLSAM DA VARLIYAM SƏNDƏN,
BAXMA Kİ, DİLİMDƏ MİN BİR AHIM VAR.
SƏNİN MƏNİM KIMI GÜNAHKAR BƏNDƏN,
MƏNİM SƏNİN KİMİ BİR ALLAHIM VAR!
______________________________

- Bir kitab yazıram tale haqqında,-
bu mənəm...
Mənim nişanəm yox, kim anar məni? .....
Kölnümdən hər gecə bircə səs keçir.
keçir taleyimə qaralar biçir…
Bir KÖRPƏ gözümün yaşını silir…
Aynanın sağ küncünə keçirtdiyi Aydan asılmış yelləncəkdə oturmuş uşaq şəklinə xeyli baxır...

Göydən SƏDA-(Gözəllik İlahəsi AFROTİDA): - Allah da təkdir, Mələklər, İlahələr də təkdilər. Təklik Allah qarşısında günahsız, təmiz bəndələrindir... Eşqin səni yanımıza ucaldacaq..
Cavab: - yuxuda saç görmüşəm, -saçsa yoldur deyirlər...
Üzandığı yollarda bir uşaq böyüyürdü…
SƏDA: -Eşqimin sədası göylərə çatsa, Mələklər yanına qaldıracalar.
AFRODİTA: - Zülmətli səmalar işığın alır,
Eşq aşiqlərinin odlu ahından.
SƏDA: - Eşqin rəngləri çöküb -
gözünün qarasında,
Sənə yer saxlamışıq
Mələklər arasında.

ADİLƏNİN əksi: -and içək bu gecə...
Şairə ADİLƏ: -İlham pərisi şahid olsun -
Bu eşqin nəğməsində sevənlər nigahlansın.
(Aynaya baxır, Öz əksini özünün ölümü kimi düşünür):
**Tabutum sevda qutusu,
kəfənim sevgi atəşi...
əzanım oxunur.. EŞQDƏN....
SƏDA: -Dərin xəyallara çox da baş vurma.
ADİLƏ: -Bir yaşanan axşamı mən,
Min xatirə eyləyərəm.
Bu sevgini ömür boyu,
Bayraq bilib yelləyərəm.

ADİLƏNİN əksi: - Təkliyi Mələklərdən,
Eşqinə yox deməyi,-
Susmağı məndən öyrən.
ADİLƏ: -Qara taleyimi ağ vərəqlərə
Yazıram, qırx ildir əriyən mənəm.
Gözümdə ney olub inildəyən mən,
Dilimdə lal olub kiriyən mənəm.
ADİLƏNİN əksi: - Bu eşqinə görə oxycun şair Elman Tovuz “Sənə kədər şairi” deyir. Qəbul edirsənmi?
ADİLƏ: -Yolun tam ortasında
Azıb sərsəri oldum.
Sevgiyə yol başladım,
Bir EŞQ, bir dəri oldum…

-Zikirlər duydum havada,
Mələkdən düşən açardı...

- Bu sevgi sürüyüb aparar məni,
Keçirər hicranın dar boğazından…

İLAHİ BİR SƏS: -Adilə, ruha dön, səmalara uç,
En yerə, sevginin son kölgəsinə.

ADİLƏNİN əksi: - Səni yüzlərlə oxucular sevir, şerlərinə təriflər deyirlər . Onlara nə söz payın?
ADİLƏ: - Qəməm başdan ayağa, nəyim var ki, pay verim?
Dərd doladım dilimə, dedilər bəxtəvərsən...

-Sevgilərin o qırılan yerindən,
Kəs, fələyin kələyini, İlahi!
Bir balanın xoşbəxt doğum günündə
Göndər ölüm mələyini, ilahi!

ADİLƏNİN əksi:-- Sənin bu Eşqinə bir çarə varmı?
ADİLƏ:---Fələk vuran yara indi dağ olmuş,
Ta o gündən bitmiş ümid, diləyim.

-Üşüyəndə hansı sevən sübhədək,
Qəlb evində yanar ocaq çatacaq.
Məndən qeyri varmı bir XAM alıcın
Dərdlərini topdansatış satacaq?...

AFRODİTA: - O səcdədən ayrılmır,
Eşqinin qarşısında,
Ona yer ayırmışıq
Mələklər arasında.

MÜƏLLİF: -Hər zülmə, niskilə dözəsi olduq,
Adilə eşqindən öyrəndik bunu…
-------------------------------------
- Həm eşq vurğunuyuq, həm dərd yorğunu.
Həm yardan, həm vardan, yoxdan gileyli,
Sevgidən, taledən, bəxtdən gileyli.

ADİLƏ: - Hərə öz bəxtinə qurban getməli...

-Mənə bir ovuc da dərd ver, azalır,
Dərmansız dərdimə çiləmək üçün.

ADİLƏNİN əksi: - Niyə bu qədər dünyayla çarpışırsan?

ADİLƏ: - Torpaq, məni sevsən, Allahdan istə,
Səndən yeni insan qoxusu gəlir...

- Həyat ömür adında
Hörgüsünü hörəndə
Mənim hörgüm qarışıb...

Aynaya baxır... əksini öpür:
- Allahım, qara bəxtimi şerlərimlə ağartmaq istəyirəm.

- Bir təbəssüm .... bir öpüş,
bir öpüş …və göz yaşı...
Gözünə şən uşaqlıq şəkli dəyir:
* Qaç, ay uşaq...
Uç, ay uşaq....
Aç, ay uşaq, aç...
Aç yaxanı, döy sinəni,
Muştuluqla qəm-kədərin mənzilini.
De ki, .. gec olmamış GÜLÜMSƏ, ÜRƏYİM...

- Tənhalıq libasını
Yaman biçdim əynimə...

ADİLƏNİN əksi: --Çarəsiz dərdlərin çarəsi nədir?
ADİLƏ: - TƏSKİNLİK…

- Deyirəm, ağ günə köynək toxuyum,
Qaranlıq ilməsi sapa düzülür...

...Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

SƏDA: -- Çox giley bar gətirmir.

ADİLƏ:--otağımda bir Hüzün daim hökm sürürsə,
necə deyim, İlahi, heç kimim yoxdur mənim...

--- Kölnümdə yanan atəş
mən söndükcə alışdı...
ADİLƏNİN əksi:-- Başın Eşq havasında,
Bundan şirin ta nə var? .
ADİLƏ -- Xəbərin oldumu?
Bütün şeirlərimin üzlərini qəm,
gözlərini qan tutdu.
Yazdıqlarım can üstədi sağ qalmır,
Gedənin yeri dolmur,
buralardan uzaqlara hara gedim? -
burda da qalmaq olmur.

ADİLƏNİN əksi:--Keçmişinə əlvida de, yaşa gələcəyini.
ADİLƏ:-- Üzüm yazıq ömrümün
bəxt—tale xəritəsi...

--- Tövbə edib bu EŞQİ
Atdım bu gün başımdan.
Mənə bir ƏLƏK verin,
Utanıram yaşımdan....
(Yenə xəyala danır) ....
---Əynimə atəşdən, alovdan, oddan,
Köynək geydirdilər, söz tapammadın.

---Bəxtəvər, dərdin təzə-tər,
Gəl, bir dərd də sinəmdən dər.

Buralarda enəcəyəm.
Ruhumun ardınca düşüb,
Ta qoşulub gedəcəyəm.

(Elə bu anda Yaqub Zurufçunun “Aman ayrılıq” mahnısı qulaqlarında səslənir)...
Düşüncələrlə yol aldı... Hara gedəcəyini bilmirdi. Az keçməmiş yollara
səpələnmiş xəzan yarpaqlarının səsi elə bil onun bu taleyinin bu hissəsinə əlvida deyirdi. Payız gecələri uzunluğunda yol gedib şaxtalı qışa çatırdı.
Əynindəki sarı gəlin paltarı onun gözündə qar rəngində görünürdü. Buz paltarın soyuğu canına işləyirdi. Xeyli getdikdən sonra qarşıda yazın ilıq nəfəsini duydu, başından ağ örpək sürüşüb kol-kosa qismət oldu. Gözünü açıb özünü yenə qızlıq libasında gördü...
Səxavət Məmmədovun ifasında “NEYÇÜN GƏLMƏZ” mahnısı səsləndi. Ona elə gəldi ki, bütün ayrıldıqları bu mahnıyla nalə çəkir... Kirpikləri nəmləndi.Kövrəldi, qələm əlindən sürüşüb şeir dəftərəinə düşdü… Diksinib xəyallardan ayrıldı.
ADİLƏNİN əksi:--- Adilə, oxycun Elman Tovuz “Sənə kədər şairi” deyir, səbəbi?
ADİLƏ:-- Ömür var ki, kömür kimi
Hər gün bir parçam kül olur..
ADİLƏNİN əksi: Haviz Rüstəm:-- Adilənin qəmli şerlərində də heç vaxt həyat eşqi, İlahi ruh əskik olmur. Buna səbəb?
ADİLƏ:--- Güzgüyə baxır.
--- Bir əl silkələdi məni,
bəlkə Allahın əliydi.
Ahlar töküldü xəzəl tək -
bütün ahlarım dəliydi.

Bir əl tutmaq istəyirdi
Əlimdən, əlim qaçardı.
Zikrlər duydum havada,
Mələkdən düşən açardı.

Dolandım, aradım, gəzdim,
Kor etdi itirmək dərdi.
Yalvardım, görün gözümə,-
Mənə bir güzgü göndərdi.

Dedim, nə ola bir daha
Duya biləm səni keşkə.
Duydum,
dedi, - ömür verdim,
Bütövünü ayır EŞQə.

ADİLƏNİN əksi: (həyəcanlanan ADİLƏNİN fikrını dağıtmaq üçün):
şair Tariyel Azərtürk deyir: Adilə, sənətinə həssaslıqla yanaşır,dilin bütün tələblərini suya çəkib durulayır...
ADİLƏ:--. Həmişə közü əliylə götürən dəmirçiyə bənzəyən böyük Vətənpərvər, odla oynayan böyük alimdir Taritel.
--Qələmin pərişan, əlin pərişan,
Hər misran millətin gününə ayna.
Namərdlər həyatı alırlar nişan,
ADİLƏNİN əksi:- Mübariz Məsumoğlunun dediklərindən: “Adilənin EŞQİ bədənin erotic çılpaqlığı yox, ruh sevgisidir... ruhun niqabıdır!”
ADİLƏ:-- Məhəbbət odlu manqaldı,
Tutmağa bir qırağı yox...
---Ağıllı qəm yeyər, ağılsız qamçı,
Hər kəsin qılıncı özünü kəsir.
ADİLƏNİN əksi:--Yavər həsən sizin taleyinizə bədii üsulla düşündürücü tərif verib: “Dərilib, qar üstünə atılıb bir qızıl gül”.
ADİLƏ:-- Mən EŞQİN alovuyla vaxtsız solmuş bənövsə,
qarayla boz arası görünməz tənha adam.
ADİLƏNİN əksi:-- Əlizaman Baxış deyir: “Qeyri-adi rəngarəng ifadələri ilə, oxucusunu öz ardınca aparır”...buna fkriniz?..
ADİLƏ:-- Gündüzüm keçib gedib,
mən gecə yarısıyam.
Sevgi qırmızı rəngdə,
mən hicran sarısıyam.
ADİLƏNİN əksi:-- Şair Eldar İsmayıl yazır: “Sizin şerlərinizdə sevinc də, acı da, xoş da, sıxıntı da var”... Cavabınız?
ADİLƏ: --Şair Eldar cavabnı özü verib: “Çox insanların duyub deyə bilmədiklərini misralarda əks etdirməyi Tanrı biz şairlərin boynuna qoyub”. Tanrı dünyanın ən ağır yükünü fikirlərində daşımaq əzabını da şairlərə rəva görüb.
ADİLƏ:--Mən susduqca danışır tər şeirlər,
tək məni anlatmağa səmadan enməyirlər.
Yazdıqca insanların hüznünü, sevgisini,
Eşqini rəsm kimi sözlərimlə çəkirəm,
Ondan başlayıb gələn,
Ona gedən yolların söküyünü tikirəm.
Şeirlər həyat adlı bir ağrının çarəsi,
şeirlər Tanrı, sevgi, həyat, mən və sonrası...

ADİLƏNİN əksi:-- Araz Arabaçı deyir: “Onun sevgi şerlərinin həzinliyi altında sevda ləpirlərini tutub ulduzlara qədər getmək olar”.
ADİLƏ: --- Şeirsiz zamanlarım ömrümdən ömür alır,
yağışlar yağmayanda torpaq da yetim qalır.
Beləcə, mən susduqca qulağıma səs gəlir,
gələn Tanrı sözüdür, İlahi nəfəsidir,
buz bağlamış könlümü nöqtə-nöqtə isidir.
Sanki qeybdən enən bütün sözlər, kəlmələr
könlümə dolan yeni sevgi həvəsləridir.
dəyişməyən varsa da, tək əzan səsləridir, -
o da Eşqi söyləyir...

ADİLƏNİN əksi:-- Tanrı deyir, məni sevirsinizsə bir-birinizi sevin. Sevgisiz həyat cəhənnəmdir. Göydə Tanrını sevən Adilə yerdə kimi sevir?
ADİLƏ:-- (Gülür…)
Söyləmirəm adını
Dilimdən çalar biri,
Kölnümdə gizlətmişəm,
Əlimdən alar biri.

ADİLƏNİN əksi:-- Əli Vəlioğlu deyir: “Adilə xanım, Siz şer yazmırsınız!”…
Məqsədiniz, odlu şerlərinin qığılcımından qəlbləri alov qapanların canından
cızlığını çıxartmaqdır.
Şair Əliyə də cavabım, onun öz sözləri ilə deyim:
--EŞQ bir tonqal imiş ki, odlandıq istisindən,
Hicranı acı tüstü, kor olduq tüstüsündən.
SƏDA:-- Artıq, vaxtdır, Adilə, çəkirik yanımıza.
ADİLƏ:-- Dua-dua yüksəlib qalxaram göy üzünə,
Amin kimi qayıdıb dönərəm Yer üzünə.

Göy sədasından sonra o, iki mələyin qanadında göyə qalxır. Havadan Yer kürəsinə baxır--BU dünyadan yox gileyim, var diləyim.
Kaş ki Tanrı hüzuruna
İNSAN kimi gedə bilim.

İlahələrdən biri:-- Eşq allah nurudu, hər kəsə çatmaz. O, Allahın nurundan təmizlənib.
ADİLƏ:--Mələklər, İlahələr eşqidən uzaq,
Odur ki, göylərdə yerləri məchul...
And verirəm Tanrıya, Məni Yerə qaytarın. EŞQ vurğununu yerdən ayırmaq mələklərin ayağına yazılan günahdır...
ADİLƏNİN əksi: -- Xəyal səni hara aparıb, Adilə?
ADİLƏ xəyaldan ayrılır:
Adilə, tutuşur budaqlarımdan,
Axı, gül kül olur bülbül əlində.
Hər sözə könlümü qoyuram, inan,
Yanıq iyi gəlir şeirlərimdən.

ADİLƏNİN əksi:-- Bu xəyallardan nə qazanmısan?... Bu xam xəyallarının sonrası nə olacaq?.. Göstər qazancını.
ADİLƏ:-- Xam xəyallarımdan doğan bunlardır: (Yazdığı kitablarını bir-bir göstərir).. “Həsrəti öldürürəm”, “Sabahım, sənmisən gələn”, “Yuxuma yağış yağır”, “Sevgi qum saatıdır”, “Xəbərin oldumu”, “Mən və sonrası...

Əlvida deyib şəklini öpür... güzgünün üzünə pərdə salır. Və Allaha müraciətlə:

TANRIM!
QUL OLSAM DA VARLIYAM SƏNDƏN,
BAXMA Kİ, DİLİMDƏ MİN BİR AHIM VAR.
SƏNİN MƏNİM KIMI GÜNAHKAR BƏNDƏN,
MƏNİM SƏNİN KİMİ BİR ALLAHIM VAR!
4-7 oktyabr 2017. Bakı.

DİGƏR XƏBƏRLƏR

Top