Rusiya avtomobilləri Ermənistanda əhaliyə pulsuz ictimai nəqliyyat xidməti göstərir FOTOFAKT

Rusiyaya məxsus mikroavtobuslar Ermənistanda əhaliyə pulsuz ictimai nəqliyyat xidməti göstərir. "Yeniavaz.com" xəbər verir ki, Ermənistanın Sünik vilayətinin Gorus şəhərində Rusiyaya məxsus dövlət nömrə nişanlı avtomobillər şəhərdə ictimai nəqliyyat xidməti göstərir. Bu barədə Sünik vilayəti qubernatorunun mətbuat xidmətinin rəhbəri Vazgen Saqatelyan "Facebook" sosial şəbəkəsindəki hesabından məlumat verib. Mətbuat xidmətinin rəhbəri Gorus şəhərində ictimai nəqliyyat kimi fəaliyyət göstərən "Mersedes" markalı mikroavtobusların fotolarını da paylaşıb. Paylaşılan fotodan açıq şəkildə görünür ki, avtomobilin dövlət nömrə nişanları Rusiyaya məxsusdur. İnternet üzərindən axtarış verildiyi zaman məlum olur ki, mikroavtobusun üzərindəki "y250MA777" dövlət nömrə nişanı Moskva şəhərində qeydiyyatdadır.

DİGƏR XƏBƏRLƏR

Top