Türkiyədə yalnız qadınların minə biləcəyi avtobuslar xəttə buraxılıb. Çəhrayı rəngli avtobusların sürücüləri də qadınlardır. Malatya Universitetinin qız tələbələrinin istəyi ilə xəttə buraxılan avtobuslar birmənalı qarşılanmayıb. Bəziləri bunun digər şəhərlərdə tətbiq olunmasını arzu edərkən, bir qisim də yalnız qadınlar üçün nəzərdə tutulan avtobusların qadın və kişi ayrımına səbəb olduğunu vurğulayıblar. Çəhrayı qadın avtobuslarına səhvən minən kişilər də olub. Onlar sürücü tərəfindən dərhal avtobusdan düşürülüb. AzEuroNews.com