İraq ordusu daha bir rayonu azad etmək üçün əməliyyata başladı

İraq İŞİD terror qruplaşmasının tutduğu Əl-Havica rayonunun azad edilməsi üzrə əməliyyata başlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraqın Baş naziri Heydər əl-Abadi deyib. Onun sözlərinə görə, İraq ordusu, eyni vaxtda bir neçə rayonun İŞİD-dən azad edilməsi üçün əməliyyatlar keçirir və ardıcıl qələbələr qazanır. Əl-Havicanın azad edilməsi əməliyyatında təxminən 20 min hərbçi və xalq özünümüdafiə döyüşçüləri iştirak edir. İraq zabitləri deyiblər ki, Əl-Havicadakı İŞİD silahlıların əksəriyyəti iraqlılardır, lakin onların komandirləri əcnəbilərdir. Qeyd edək ki, Əl-Havica neftlə zəngin olan Kərkük şəhərinin cənub-qərbində yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top