Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230 nəfərə çatıb. Bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puenteyə istinadən məlumat yayıb. O, “Twitter”də bildirib ki, 230 nəfər güclü zəlzələnin qurbanı olub. “Mexikoda ölənlərin sayı 100-ə qədər artıb. Ümumi say (ölənlərin - red) 230 nəfərdir”, - deyə o yazıb. Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına görə, 7,1 bal gücündə zəlzələnin episentri Mexikodan 111 kilometr cənubda yerləşib. Zəlzələdən sonra 10-dan çox yeraltı təkan qeydə alınıb.Report

DİGƏR XƏBƏRLƏR

Top