DYP-nin kamerası kəmər taxmayan sürücünü belə çəkir FOTO

Ötən həftə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə elektron protokollar tərtib olunacağı barədə məlumat verildi. Baş Dövlət Yol Polisi İdarəsi də bu xəbəri təsdiq etdi və bildirildi ki, artıq minlərlə sürücü kəmər taxmadığına görə elektron protokolla cərimə edilib. Buna sübut olaraq təhlükəsizlik kəmərindən istifadə etməyən sürücüyə tərtib olunmuş protokolun fotoşəklini təqdim edirik. Bir daha sürücülərin və sərnişinlərin nəzərinə çatdırırıq ki, təhlükəsizlik kəmərindən istifadə etmək lazımdır. Bu sizin təhlükəsizliyiniz üçün çox önəmlidir. Kəmər taxmamağa görə cərimə 40 manatdır.Avtosfer.az

DİGƏR XƏBƏRLƏR

Top