Türkiyə Suriya ilə sərhədə xüsusi təyinatlılar göndərir

Türkiyə Suriya ilə sərhəddəki hərbi bölmələri gücləndirmək üçün Hatay vilayətinin Reyhanlı rayonuna xüsusi təyinatlı qüvvələr (komandolar) göndərir. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, müxtəlif hərbi birləşmələrdən göndərilən tam təchizatlı komandoları daşıyan hərbi maşın karvanı Reyhanlı rayonundakı Suriya sərhəd xətti istiqamətinə hərəkət edib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustdan bəri Suriya ilə sərhədə hərbi texnika yerləşdirir. Rəsmi Ankara Suriyanın Afrin bölgəsində hərbi əməliyyatın aparılmasını istisna etmir.

DİGƏR XƏBƏRLƏR

Top