Başçı: Kataloniya muxtariyyətdən məhrum edildi

İspaniya hakimiyyəti Kataloniyanın özünüidarəetmə imkanını faktiki olaraq dayandırıb. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Kataloniya hökumətinin başçısı Karles Puçdemon deyib. Onun sözlərinə görə, dövlət Kataloniya muxtariyyətini de-fakto dayandırıb. Baş vermiş axtarış və həbsləri şərh edən siyasətçi qeyd edib ki, İspaniya hökuməti qırmız xətti keçib və bunu demokratik biabırçılıq adlandırıb: “Məmurların həbsləri və yazışma məxfiliyinin pozulması demokratiya üçün qəbuledilməzdir”. Son məlumatlara görə, polis Kataloniya hökumətində axtarışlar apararkən 14 nəfəri saxlayıb. İspaniya mülki qvardiyası isə Kataloniyanın müstəqilliyi haqqında referendumda səsvermə üçün nəzərdə tutulmuş təxminən 10 milyon bülleteni müsadirə edib. Onlar Kataloniyanın Biqes-i-Riels yaşayış məntəqəsindəki mətbəədə aşkarlanıb. Hüquq-mühafizə orqanları mətbəənin iki əməkdaşını da saxlayıb. Qeyd edək ki, Kataloniya hakimiyyəti müstəqillik haqqında referendumu oktyabrın 1-də keçirməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top