Moskva kürd muxtariyyətinin müstəqilik referndumuna dair mövqeyini açıqladı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın İraq Kürdüstan Regional Hökumətinin (İKRH) müstəqilli haqqında referendumuna dair mövqeyi ilə bağlı suala cavab verməməyə üstünlük verib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, lakin D. Peskov xatırladıb ki, Moskva dövlətlərin ərazi bütövlüyünün qorunmasının zəruriliyini həmişə təkid edib. O bildirib: “Mən bu suala şərh vermək istəməzdim. Şübhəsiz ki, Rusiyanın region dövlətlərinin ərazi bütövlüyünnün qorunması lehinə mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, yalnız region dövlətlərinin ərazi və siyasi bütövlüyünün qorunması ideyasına əsaslanmaqla vəziyyətin sabitləşdirilməsi üzrə səyləri davam etdirmək mümkündür”.

Xatırladaq ki, İKRH müstəqillik haqqında referendumu sentyabrın 25-də keçirməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top