ABŞ vizaların verilməsi qaydalarını sərtləşdirdi

ABŞ vizaların verilməsi qaydalarını sərtləşdirib.

“Yeniavaz.com”un “Meduza” saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillersonun Amerika diplomatik missiyalarına göndərdiyi teleqramda deyilir.

Yeni qaydalar əsasən, viza alan şəxs ABŞ-a gəldikdən sonra üç ay ərzində səfərinin məqsədlərinə əməl etməlidir. Daha əvvəl bu tələb ölkəyə gəlişin yalnız ilk ayında keçərli olub. Əgər viza alan şəxs üç ay ərzində planlarını dəyişsə, məsələn, işə düzəlsə, ABŞ vətəndaşı ilə nikah bağlasa və ya təhsil almağa başlasa, bu, onun viza sifarişi zamanı yalan məlumat verməsi kimi qəbul ediləcək. Bununla da, qaydanı pozanlar üçün təkrar viza almaq xeyli çətin olacaq, qayda pozuntusu aşkar edilərkən həmin şəxs hələ də ABŞ ərazisində olarsa, o, deportasiya olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top