Moldova hökuməti ölkə prezidentindən Konstitusiya Məhkəməsinə şikayət edəcək

Moldova prezidenti hökumətin müdafiə naziri vəzifəsinə təqdim etdiyi növbəti namizədi təsdiqləməzsə, o zaman Nazirlər Kabineti İqor Dodonla bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Bununla bağlı hökumətin sentyabrın 19-da keçirilən iclasında qərar qəbul olunub.

Hökumətin mübahisəli hallarda uyğun addım atması Moldova Konstitusiyasında təsbit edilib.

Qeyd edək ki, hökumət başçısı Pavel Filip müdafiə naziri postuna Avropa Xalq Partiyası sədrinin müavini Yevgeni Struzun namizədliyini irəli sürüb. İqor Dodon isə bu namizədi təsdiqləməyərək Viktor Qayçukun namizədliyini irəli sürüb. Baş nazir yenidən Yevgeni Struzun namizədliyini prezidentə təqdim edib. Report

DİGƏR XƏBƏRLƏR

Top