Mingəçevirdə binanın zirzəmisində yanğın baş verib.
"Yeniavaz.com" xəbər verir ki, N.Nərimanov 30/1 ünvanında yerləşən binanın zirzəmisində qonşular tərəfindən yanğın aşkar edilib.
Mingəçevir Yanğından mühafizə birqadası tərəfindən yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Esmira Hidayətova, Mingəçevir