Melanya Tramp Xorvatiyaya 24 saat vaxt verdi

ABŞ-ın birinci xanımı Melanya Tramp Zaqreb küçələrindəki reklam lövhələrindən şəkillərinin yığışdırılması üçün Xorvatiyadakı Amerika İnstitutuna 24 saat vaxt verib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Amerika İnstitutu ingilis dilinin populyarlaşdırılması üçün paytaxt Zaqrebdə ABŞ liderinin həyat yoldaşının şəklindən istifadə edərək reklam kampaniyasını işə salıb. M. Trampın Xorvatiyadakı maraqlarını qoruyan Nataşa Pirts Musar bildirib ki, bu marketinq kampaniyası üzərində işləyən müəssisə Xorvatiya qanunları ilə tanış deyil: “Qanunda deyilir ki, heç kəs kommersiya məqsədləri üçün razılığı olmadan hər hansı şəxsin şəklindən istifadə edə bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top