Alimlərin yeni araşdırması: əliaçıq insanlar daha xoşbəxt və sağlam olurlar

İsveçrədə elm adamları sosiallaşma, qərar vermə və insanın özünü xoşbəxt hiss etməsi ilə bağlı yeni araşdırma aparıblar. "Yeniavaz.com" xəbər verir ki, alimlər insan beyninin yuxarıdakı məqamlarla bağlı nöqtələrini incələyiblər. Araşdırmaçılara görə, hətta ən adi şeylərdə belə əliaçıq olmaq insanları xoşhal edir və bu isə həmin insanda xoşbəxtlik duyğusunu tətikləyir. Araşdırmaçı Phillippe Tobler deyib ki, bu araşdırmanın nəticəsi göstərir ki, özü ilə yanaşı başqaları üçün pul xərcləmək, başqalarına yardımçı olmaq, hətta ən adi şeylərdə belə əliaçıq davranmaq insanın özünü də psixoloji olaraq rahatlaşdırır, sağlam və xoşbəxt olmasına şərait yaradır.

Bəllidir ki, bir insanın başqaları ilə xoş davranması həm də ətrafdakılara nümunədir və bunu dolayısı ilə onlara da təşviq etmiş olur. Beləliklə, bu davam etdirildiyi təqdirdə zəncirvari proses olaraq insanlar arasında həm əliaçıqlıq duyğusu genişlənir. Beləliklə, əgər biz özümüz də stressimizi atmaq, psixoloji olaraq rahatlaşmaq istəyiriksə, başqalarına qarşı yaxşılıq etməyi, xoş davranmağı bacarmalıyıq. Necə ki, dədə-babalarımız, adət-ənənələrimiz bunu bizə yüz illərdir təbliğ edir...

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top