Əhali son 8 ayda kredit faizlərinə 540 milyon manat ödəyib

Bu ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəliləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6 faiz artaraq 31 milyard 770,8 milyon manata çatıb. "Yeniavaz.com" Dövlət Statistika Komitsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3 min 269,1 manat və ya ayda 408,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,8 faizi son istehlak xərclərinə, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi (540 milyon manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 faizi (1 milyard 207 milyon manat) isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29 milyard 46 milyon manatlıq vəsait qalıb.

DİGƏR XƏBƏRLƏR

Top