Ağdaş şəhər 19-cu məhəllə ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Quliyev Ceyhun Xalid oğlunu işlədiyi çörək sexində elektrik cərəyanı vurub. "Yeniavaz.com" xəbər verir ki, C. Quliyev dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.
Ağdaş şəhər Məşəd küçəsi ev - 10/8 ünvanında yaşayan, 2003-cü il təvəllüdlü Cavadov Mustafa Həmid oğlu isə təhsil aldığı Səməd Vurğun məktəbin həyətində ehtiyatsızlıq üzündən ayağı sürüşərək yıxılıb və nəticədə qapalı kəllə-beyin travması və beyin silkələnməsi xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, M. Cavadov Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Pərviz Əliyev, Ağdaş