“Atletiko” azarkeşlərindən Ardaya qarşı şok addım

“Atletiko” Madridin yeni “Wanda Metropolitano” stadionunda klubun unudulmaz futbolçularına həsr olunmuş xüsusi lövhələr hazırlanıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, belə oyunçulardan biri də Türkiyə yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Arda Turandır. Lakin yeni stadionda yerə vurulan lövhələrin bəzilərinə azarkeşlər tərəfindən zərər yetirilib. Zərər yetirilən lövhələr arasında A. Turanın da lövhəsi var. A. Turandan başqa, “Atletiko”dan “Real” Madridə transfer olunmuş Uqo Sançes, hazırda “Mançester Siti”nin formasını geyinən Serxio Aqueronun da lövhələri zərər görüb. Qeyd edək ki, türk futbolçu “Atletiko”nun heyətində 2011-2015-ci illər ərzində dörd mövsüm çıxış edərək 178 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR

Top