Futbolçu məşq zamanı başından güllə ilə vuruldu

Monteneqronun “Bokel” klubunun qapıçısı Qoran Lenats məşq zamanı başından güllə ilə vurularaq öldürülüb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 16-da axşam saatlarında baş verib. Q. Lenats klubun Kotor şəhərindəki bazasında dostu ilə birgə məşq edərkən naməlum şəxs tərəfindən başından vurulub. Qapıçı xəstəxanaya çatdırılıb, həkimlər sonradan futbolçunun ölüm faktını təsdiqləyiblər. Polis Kotor şəhərini blokadaya alıb və cinayətkarın axtarışını aparır. Qatil potensial şahidləri qorxutmaq üçün havaya bir neçə dəfə atəş açıb. 33 yaşlı Q. Lenats klubda və şəhərdə hörmət edilən şəxs olub. O öz pulu hesabına bölgədə uşaq futbolunun inkişafını maliyyələşdirməyə kömək edib.

DİGƏR XƏBƏRLƏR

Top